21.10.2026
Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarında iştirak etməyənlərin sayı məlum oldu
Xəbərlər

Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarında iştirak etməyənlərin sayı məlum oldu

Sen 11, 2020

Sentyabrın 10-da keçirilən 9-cu sinif buraxılış imtahanlarında 18 307 nəfərin iştirakı nəzərdə tutulurdu.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a verilən məlumata görə, onlardan 1602 nəfər imtahana gəlməyib. 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu, 276 nəfər imtahana gəlməyib.