Məzmuna keç

Şaiq Mirzəyev Pakistan səfiri ilə görüşdü

"Az-Granata" MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

E-huquq.az-ın məlumatına görə, Şaiq Mirzəyev "Az-Granata" MMC-nin fəaliyyəti və istehsal etdiyi alkoqolsuz məhsullar barədə səfirə məlumat verib.

Görüşdən məmnunluğunu ifadə edən səfir Bilal Haye şirkətin fəaliyyətini yüksək qiymətləndirib və uğurlar arzulayıb.