Məzmuna keç

Ümumi təhsil pilləsinin yeni dövlət standartı təsdiqləndi

Nazirlər Kabineti “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” yeni redaksiyada təsdiq edib.

E-huquq.az-ın məlumatına görə, dövlət standartları aşağıdakıları müəyyən edir:

– ümumi təhsilin məzmununu;

– ümumi təhsilin idarə olunmasını;

– ümumi təhsilin maddi-texniki və tədris bazasını;

– ümumi təhsilin infrastrukturunu;

– ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

– ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

– ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;

– ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;

– məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;

– tam orta təhsil səviyyəsində təhsilin təşkilini;

– ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;

– ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;

– ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.

Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. Dövlət standartları 5 il müddətinə qüvvədədir.