Məzmuna keç

Tural Gəncəliyev: Azərbaycanın həyata keçirdiyi əks-hücum planları işğalçıların ərazimizdən qovulmasına hesablanıb

Azərbaycanın həyata keçirdiyi əks-hücum planları işğalçıların ərazimizdən qovulmasına hesablanıb.

E-huquq.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, ölkə Konstitusiyasının 9-cu maddəsi silahlı qüvvələrdən bəhs edir. Hazırda Ordumuz əməliyyat keçirməklə torpaqların işğalçılardan təmizlənməsi və əhalimizin geri qayıtması üçün cəhdlər edir.

T.Gəncəliyev bildirib ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatlarını dəstəkləyirlər: "Bəyan edirik ki, torpaqlar azad edilən kimi hamımız bir nəfər kimi geri dönəcəyik".