Məzmuna keç

Pakistan səfiri: “Gəncəni bombalamaq hərbi cinayətdir”

“Bütün dualarımız gəncəlilərlədir. Beynəlxalq hüquqa əsasən, dinc əhalini bombalamaq hərbi cinayətdir”.

E-huquq.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Twitter”də yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə raket atılıb.