Məzmuna keç

Müdafiə Nazirliyi: Tibbi təminat və təchizat, qan komponentləri ilə bağlı heç bir problem yoxdur

Tibbi təminat və təchizat, təminat və qan komponentləri ilə bağlı heç bir problem yoxdur.

E-huquq.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar məqsədli və əsassızdır: "Cəbhə bölgəsində tibbi təminat və təchizat Müdafiə Nazirliyinin mərkəzi hospitalları tərəfindən təmin edilir. Heç nəyə ehtiyac yoxdur. Azərbaycan vətəndaşlarından xahiş olunur ki, yayılan təxribat xarakterli məlumatlara inanmasınlar".