Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Facebook" sosial şəbəkəsindəki hesabı erməni hücumuna məruz qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə onun vəkil həmkarları məlumat yayıblar. Belə ki, "Facebook"un erməni istifadəçiləri A. Bağırovun səhifəsini şikayət ediblər. Hazırda Kollegiya sədri öz şəxsi səhifəsinə daxil ola bilmir.
Qeyd edək ki, Anar Bağırov son günlər Ermənistanın Azərbaycana qarşı təxribatı ilə əlaqədar sosial şəbəkədə aktiv fəaliyyət göstərirdi. O, erməni yalanlarının ifşası, erməni barbarlığı və təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində səy göstərirdi. Görünür, bundan narahat olan düşmən səhifənin sıradan çıxarılmasını istəyib.
