Məzmuna keç

Hikmət Hacıyev: Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən terror aktı törədir

Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə söyləyib.

Prezidentin köməkçisi bildirib ki, biz ermənilərin bu addımını terror aktı kimi qiymətləndiririk:

"Onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi şərəfsiz əməllərə əl atırlar".