Toplanmış materiallar həm prokurorluq, həm də Xarici İşlər Nazirliyinin xətti ilə müvafiq beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq. Biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi deyib: “Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq”.
