Məzmuna keç

MN: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.