Məzmuna keç

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti müzakirə etdilər –

Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Nazirlər bölgədəki mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutması, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb. Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

***

22:06

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə e-huquq.az-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

XİN başçıları ötən müddət ərzində görülən işlər və digər məsələlər barədə bir-birlərinə məlumat veriblər.