Məzmuna keç

Lənkərana, Qubaya və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırıldı

Bu gündən etitbarən Lənkəran rayonunun, habelə Quba şəhərinin və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırılır.

E-huquq.az xəbər verir ki, bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.