Məzmuna keç

Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu:

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.

E-huquq.az-ın məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.

Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.

3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mənbə: Trend