Məzmuna keç

Hikmət Hacıyev: “Ermənilər Avropada COVID-19 yayırlar”

“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Ermənistan bu cür təxribatlara getmək əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, – o əlavə edib.