Məzmuna keç

Ceyhun Bayramov: “Vəzifəmiz bu qeyri-insani hərəkətə görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsindən nail olmaqdır!”

“Azərbaycanın Gəncə şəhəri yenidən Ermənistan tərəfindən raket atəşinə məruz qalıb”.

E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

“Mülki vətəndaşlar arasında ciddi itkilərə səbəb olan bu vəhşi hücum Ermənistanın növbəti müharibə cinayətidir. İndiki vəzifəmiz bu qeyri-insani hərəkətə görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsindən nail olmaqdır!” – nazir bildirib.