Məzmuna keç

İbrahim Kalın Azərbaycanı təbrik etdi

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

E-huquq.az xəbər verir ki, Prezdent Aparatı sözçüsünün rəsmi “twitter” hesabında etdiyi paylaşımda deyilir:

“Azərbaycan, Müstəqillik gününüz mübarək.

Türkiyə və Azərbaycan, əl-ələ, çiyin-çiyinə hər cür təhdidə qarşı ürəklə mübarizəsini davam etdirəcək. Həm meydanda, həm də masada haqqını və hüququnu kimsəyə yedirtməyəcək”.