Zəngilan şəhəri işğaldan azad edildi


  • 20 Oktyabr 2020 15:10

Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonunun kəndləri və Zəngilan şəhəri işğaldan işğaldan azad edildi.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Zəngilan şəhərinin və daha bir neçə kəndin erməni işğalından azad olunduğunu bəyan edib.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Oxşar xəbərlər