Gənc seysmoloqlar Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirdilər


  • 22 Oktyabr 2020 23:56

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən e-huquq.az-a verilən məlumata görə, iclasda Şura üzvləri il ərzində görülən işlər, gənc mütəxəssislərin yerli və beynəlxalq konfranslarda iştirakları ilə bağlı məqalələrin və tezislərin hazırlanmasına dair müzakirələr aparıblar.

Həmçinin müzakirələr zamanı COVID-19 virusu ilə mübarizə sahəsində gənc əməkdaşların məlumatlandırılması işinə dəstək verilməsi, eləcə də sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi nəticəsində başlayan Vətən müharibəsi ilə bağlı gənclərin düşmən ölkə ilə aparılan informasiya müharibəsində yaxından iştirakı ilə bağlı məsələlərə də toxunulub.

Bildirilib ki, bu gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan onlarla kəndlərimizi, yüksəkliklərimizi azad edib və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşurlar. Azərbaycan xalqının öz Ali Baş Komandanının və Azərbaycan ordusunun arxasında olduğunu bildirən şura üzvüləri gənc seysmoloqların da bir əsgər kimi öz dövlətinin və Ali Baş Komandanının əmrində olduqlarını qeyd ediblər.

Oxşar xəbərlər