Məzmuna keç

Müdafiə Nazirliyi: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.