Məzmuna keç

Hulusi Akar: “Qalıcı sülh Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər”

Qalıcı sülh və sabitlik Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Qalıcı sülh və sabitlik Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər. Bunu beynəlxalq təşkilatlar anlamalıdırlar”, – deyə türkiyəli nazir vurğulayıb.

H. Akar S-400 zenit-raket kompleksinin tədarükünün və ona nəzarətin Türkiyənin NATO-dan uzaqlaşdığı anlamına gəlmədiyini də qeyd edib.