Ermənistan ordusunda özbaşınalığı əks etdirən videogörüntülər yayıldı


  • 26 Oktyabr 2020 21:21

Ermənistan ordusunda özbaşınalığı, nizam-intizamın itdiyini,ərzaq çatışmazlığını və əsgərlərin döyüş mövqelərini özbaşına tərk etdiyini əks etdirən videogörüntülər yayılıb.

E-huquq.az xəbər verir ki, görüntüləri ermənilər paylaşıblar.

Belə ki, görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib:

“Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altında, nə yemək var, nə də adam var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə”.

Oxşar xəbərlər