Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır


  • 27 Oktyabr 2020 13:52

Bu gün Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi münasibətilə təntənəli mərasim baş tutub.

E-huquq.az-ın məlumatına görə, mərasim zamanı Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim etmişdir. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Mehrəli Qasımov Kyiv beynəlxalq münasibətlər institutunun məzunudur. SAP və DeGolyer & MacNaughton Corporation beynəlxalq şirkətlərində müxtəlif vəzifələr tutub, fərdi sahibkardır.

Ukraynanın Azərbaycanda birinci fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticarət-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha genişlənməsinə uyğun şərtlər yaradır.

Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağdaş, Ağsu, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

азербайджан - azərbaycanda ukraynanın birinci fəxri konsulluğu açılır!

Oxşar xəbərlər