Məzmuna keç

Pompeo Azərbaycan Prezidenti ilə telefonla danışıb

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

E-huquq.az-ın xəbərinə görə, Dövlət Departamentindən bildirilib ki, telefon söhbətində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.

Pompeo tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.