Məzmuna keç

Vasif Talıbov: “Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalıdır”

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib

"Naxçıvan Muxtar Respublika Prokurorluğu Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaqların qanunsuz zəbt olunmasının və təyinatından kənar istifadəsinin qarşısının alınması üçün zəruri tədbirlər görməlidirlər".

E-huquq.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Naxçıvan Ali Məclisinin onuncu sessiyasında çıxış edərkən deyib.

V. Talıbov deyib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Onun sözlərinə görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır".

Sədr Naxçıvanın Ədliyyə sahəsində görülən işlərə də toxunaraq, tapşırıqlarını verib: "Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalı, Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini gücləndirməli, xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməlidir".