22.10.2026
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
Xəbərlər

Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb

Okt 22, 2026

Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.

E-huquq.az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.