"Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır".
E-huquq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
"Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir", – açıqlamada qeyd olunub.
