Məzmuna keç

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? –

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 17 dini obyektə ziyan dəyib.

E-huquq.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, həmin dini obyektlərin arasında xristian kilsələri də var: "Ümumilikdə, dağıdılan dini obyektlər – məscidlər, kilsə və qəbiristanlıqlardır. Həmçinin, erməni təcavüzü nəticəsində Gəncə, Tərtər və Ağdamda 3 tarixi abidəyə ziyan dəyib".