Prezident İlham Əliyev İlqar Seyidova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.
