Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, hazırda xəstəxanalarda 220 nəfərin müalicəsi davam etdirilir.
***
21:45
Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.
AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.
Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.
