Məzmuna keç

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-dən e-huquq.az-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasında 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi iştirak edir.