Məzmuna keç

Qarabağda daha 12 terrorçu məhv edildi

Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

E-huquq.az-ın məlumatına görə, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.

Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib.

Məlumata görə, terrorçulardan biri özünü partladıb.

Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.