Məzmuna keç

Deputat: “Əslində, hüququn bütün sahələrinə aid ixtisaslaşmış məhkəmə olmalıdır”

Ümumiyyətlə, xtisaslaşmış məhkəmə anlayışı biraz mürəkkəb məsələdir

“Ümumiyyətlə, xtisaslaşmış məhkəmə anlayışı biraz mürəkkəb məsələdir. Əslində, hüququn bütün sahələrinə aid ixtisaslaşmış məhkəmə olmalıdır. Amma Azərbaycanda bunu ümumi xarakterli məhkəmələrin öhdəsinə də vermək olar”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ixtisaslaşmış məhkəmələrin yaradılması bu sahədə ədalətli qərarın veriləcəyi anlamına gəlməməlidir.

“Məsələn, bildiyimiz kimi, kommersiya məhkəmələri yaradılır və iqtisadi sahələri araşdıracaq. Ancaq orada ədalətli qərar olmayacaqsa, bu məhkəmə də gözdən düşəcək. Ona görə də biz əvvəlcə bu amilə diqqət yetirməli, məhkəmələrdə ədalətin bərqarar olmasına çalışmalıyıq. O ki qaldı ixtisaslaşmış məhkəməyə, hesab edirəm ki, Azərbaycanın hüquqa aid olan bütün sahələrində məhkəmələr yaradıla bilər. Məsələn, mülki, vergi, gömrük, müəyyən dərəcədə inzibati hüquq və digər sahələrdə bu təcrübə tətbiq oluna bilər”, – deyə, F. Mustafa qeyd edib.