Məzmuna keç

Ağdamın Orta Qərvənd kəndinə mərmi düşməsi nəticəsində 1 nəfər xəsarət aldı

Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulmuşdur.

Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.