Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldıldı - FOTO


  • 22 Noyabr 2020 10:11

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə e-huquq.az AZƏRTAC-a istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.

Oxşar xəbərlər