Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə, 15 saylı cəzaçəkmə müəssisəsinə, Bakı İstintaq təcrdixanasına və Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əliyev Elçan Elşən oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Bakı şəhər sakini İmanov Aslan Məcid oğlunun üzərinə və tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman əynindəki gödəkçənin tikiş hissəsində xüsusi üsulla gizlədilmiş 15 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.
Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 181.3.3; 170.3; 66.3; 66.5-ci maddələrinə əsasən 13 il müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Qafarov Samir Emin oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Qafarov Tərlan Emin oğlunun üzərinə və tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 1 ədəd mobil telefon funksiyalı “Midsun” markalı qol saatı və 1 ədəd qulaqcıq aşkar edilib.
Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.5; 181.3.1; 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda Həbsxanada cəza çəkən məhkum Seyidov Təvvəkkül Tofiq oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Balakən rayon sakini Xoçberova Bahar Səəddin qızının üzərinə və tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman əl çantasının içində daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinirək həbs edilmiş Xudaverdiyev Şahmurad Şirzad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Bərdə şəhər sakini Məmmədova Rəna Akif qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ağzında gizlətdiyi 2 ədəd sellofan bükülüdə çəkisi 0,176 qram olan narkotik maddə “Heroin” aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
