Məzmuna keç

Azərbaycanın sığorta bazarı 4% böyüyüb

Azərbaycanın sığorta bazarı 4% böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,174 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

E-huquq.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 46,234milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,3% azdır.

2019-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,2manat olub.