Məzmuna keç

Vəkillər Kollegiyasının sədri Anar Bağırov saytımızı təbrik edib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov saytımızı təbrik edib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni təsis edilən internet portalı – www.e-huquq.az saytını təbrik edib.

E-huquq.az xəbər verir ki, A.Bağırov internet portalının təsisçisi və əməkdaşlarına fəaliyyətə başlamaları münasibəti ilə uğurlar arzulayıb: "Vəkillər Kollegiyası bütün KİV-lər üçün acıq qurumdur. İlk gündən jurnalistləri özümüzə ən yaxın dost seçmişik və istənilən vaxt, istənilən KİV nümayəndəsi bilavasitə mənimlə əlaqə saxlaya bilir, bunun üçün mətbuat xidməti və digər oxşar ara qurumlara ehtiyac görmədik. Jurnalist dostlarımız bunu yaxşı bilirlər. Yeni yaradılan hüquq xəbərləri portalına uğurlar arzulayıram, bu cür ixtisaslaşmış saytlara böyük tələbat var. "Mirzayev and Parners Legal Firm" hüquq şirkətinin təsisçisi və baş direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev bütün hüquqşünasları bir araya cəlb etmək üçün yeni internet portalı təsis edib: www.e-huquq.az. Əminəm ki, peşəkar hüquqşünas tərəfindən təsis edilən bu KİV ölkəmizin hüquq ictimayyəti üçün çox faydalı olacaqdır, xeyirli-uğurlu olsun!"

A.Bağırova göstərdiyi diqqətə görə şirkət və e-huquq.az adından təşəkkür edirik.