Məzmuna keç

Azərbaycanda Avropa Liqasının final biletini “qara bazar”da satanlar 5 min manat cərimələnəcək – XƏBƏRDARLIQ

Avropa Liqasının final biletini

AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.

E-huquq.az xəbər verir ki, AFFA-nın rəsmi "facebook" səhifəsinin yaydığı məlumata görə, biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır. Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5000 manat məbləğində cərimə olunacaq.

“Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb.