DTX 9 May - faşizm üzərində Qələbə günü münasibəti ilə paylaşım etdi


  • 9 May 09:11

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 9 May - faşizm üzərində Qələbə günü münasibəti ilə paylaşım edib.

E-huquq.az xəbər verir ki, DTX-nin saytında yer alan məlumatda deyilir:

"Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilıb, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib.

Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Bu gün Qələbənin 76 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur".

Oxşar xəbərlər