Məzmuna keç

Heydər Əliyevin ildönümü münasibətilə orduda silsilə tədbirlər keçirildi –

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, dəyirmi masalar, digər mədəni-kütləvi tədbirlər təşkil olunub.