Məzmuna keç

Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb

Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb

Sabirabadda naməlum kişi meyiti tapılıb.

E-huquq.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb. Kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti aşkar edilib. Meyiti tapılan şəxs 50-55 yaşlarındadır. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.