"Azərbaycanda vəkilliyə böyük axın var, maraq böyükdür. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər"
E-huquq.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycanda vəkillərin sayı artacaq.
A.Bağırov yaxın müddətdə vəkilliyə qəbulla bağlı növbəti imtahanın keçiriləcəyini də əlavə edib.
