İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib


  • 14 Sentyabr 2021 22:57

Azərbaycan ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə e-huquq.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü çatdırıb.

Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.

Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər