XİN Hadrutun işğaldan azad olunduğu günlə bağlı paylaşım etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Hadrutun işğaldan azad edilməsinin birinci ili ilə bağlı paylaşım edib.
E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:
"9 oktyabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı".

