Azərbaycanda elmlər doktoru hazırlayan ali məktəblərin sayı artırıldı
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Kooperasiya Universitetində fəlsəfə doktoru ilə yanaşı, elmlər doktoru proqramı üzrə də doktoranturaya qəbul aparılacaq.

