Məzmuna keç

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən e-huquq.az-a verilən xəbərə görə, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83 nəfəri imtahana gəlməyib.

55 və dаhа çох bаl tоplаmış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.