Məzmuna keç

Vilayət Eyvazov komandir təyin etdi

Vilayət Eyvazov komandir təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

E-huquq.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən "Report"a bildirilib ki, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib.

O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.