Məzmuna keç

Vitse-spiker Adil Əliyev seçicilərlə görüşüb –

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 13-də Milli Məclisdə şəhid ailələrinin üzvləri, qazilər, eləcə də seçicilərlə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə vətəndaşların qaldırdıqları təhsil, səhiyyə və müxtəlif məzmunlu sosial-humanitar məsələlərlə bağlı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli üçün isə aidiyyəti qurumlara məktublar hazırlanması ilə bağlı göstərişlər verilib.

Vitse-spiker Adil Əliyev qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə görüşdə iştirak edən vətəndaşları təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin olduqca ağır bir şəraitdə dövlətimizi parçalanma, məhv olma təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə, habelə vətəndaşlar müraciətlərinə yüksək həssaslıqla yanaşıldığına görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.