Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında bildirib.
Qeyd edək ki, onlar sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcəklər.
