Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı rəsmi "Twitter" səhifəsində paylaşım edib.
E-huquq.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

